24 C
Baku
Sunday, September 29, 2024

Dünyanın 500 ən varlı adamı ilin əvvəlindən $852 mlrd. zənginləşib

Dünyanın ən zəngin 500 adamının ümumi sərvəti ilin birinci yarısında 852 milyard dollar artıb, bunu “Bloomberg Billionaires Index” indeksi təsdiq edir. Milyarderlərin sərvətinin artması ilk növbədə keçən ilki enişlərdən sonra səhmlərin yenidən qalxmasını əks etdirir.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

İlin birinci yarısında S&P 500 indeksi 16%, NASDAQ 100 indeksi isə 39% artıb. Ən çox may ayında yenidən dünyanın ən varlı adamı olan İlon Maskın sərvəti artıb. Onun sərvəti 96.6 milyard dollar artaraq 234 milyard dollara çatıb .Sərvət artımına görə Mark Zukerberq ikinci yerdədir. “Meta”nın sahibinin sərvəti altı ayda 58.9 milyard dollar artaraq 104 milyard dollar təşkil edib.

Rusiyalı milyarderlərin sərvəti 2023-cü ilin əvvəlindən 16.6 milyard dollar artıb. Ən əhəmiyyətli artım “Lukoil”in ortaq sahibi Vaqit Ələkbərovda olub: onun sərvəti 4.8 milyard dollar artaraq 20.2 milyard dollara çatıb.

Son xəbərlər
Digər xəbərlər