2023-cü ildə planetin 500 ən zəngin insanının ümumi sərvəti 1.5 trilyon dollar artıb, bu barədə “Bloomberg” yazıb. Reytinqdə birinci yeri “Tesla Inc”in rəhbəri İlon Mask tutub – onun sərvəti 95.4 milyard dollar artaraq 232 393 milyard dollara yüksəlib.
Reytinqin ikinci pilləsində “LVMH Moet Hennessy Louis Vuitton SA.”nın rəhbəri fransız milyarder Bernard Arno qərarlaşıb. Hazırda onun sərvəti İlon Maskla müqayisədə 50 milyard dollar çoxdur.
Üçüncü, dördüncü və beşinci yerlərdə müvafiq olaraq “Amazon”un qurucusu Ceff Bezos (178 milyard dollar), “Microsoft Corp”un həmtəsisçiləri Bill Qeyts (140.511 milyard dollar) və Stiv Balmer (130.5 milyard dollar) dayanır.







