4 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Dünyanın 57 ölkəsində “omikron” ştamı aşkarlanıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun “omikron” ştamına yoluxma hallarının qeydə alındığı ölkələrin sayını açıqlayıb. Bildirilir ki, onların sayı 57-yə çatıb. Bu barədə ÜST-in epidemioloji bülletenində deyilir.

Banker.az xəbər verir ki, sənədə görə, hazırda Afrikada koronavirusa yoluxanların sayı sürətlər artır. Ekspertlər bu prosesi “omikron” ştamı ilə əlaqələndirirlər. Eyni zamanda qeyd edilir ki, virusun yeni mutasiyaları anticisimlərin aktivliyini azalda və insanın təbii immunitetini zəiflədə bilər.

ÜST vurğulayıb ki, “omikron” ştamına qarşı mövcud vaksinlərin effektivliyini qiymətləndirmək üçün əlavə məlumatlara ehtiyac var.

Son xəbərlər
Oxşar xəbərlər