15 C
Baku
Tuesday, November 19, 2024

Dünyanın 8 ən uğurlu insanı streslə necə mübarizə aparır?

Stres zaman-zaman hamımıza təsir edir. İş, şəxsi münasibətlər və pul problemləri – ən geniş yayılmış triqqerlərdir. Görməli işiniz çox olduqda, diqqətinizi cəmləmək daha çətin ola bilər. Bu, işlərin həcminin artmasına, eləcə də gərginliyin pik həddə çatmasına gətirib çıxarır.

Böyük şirkətlərin baş direktorları və təsisçiləri hamı kimi stresli dövrlərdən keçirlər və hər kəsin öz mübarizə yolu var. Dünyanın ən uğurlu insanları streslə belə mübarizə aparır.

1. Bill Qeyts

Microsoft-un qurucusu Bill Qeyts yatmazdan əvvəl oxumağı sevir. O, The Seattle Times qəzetinə bildirib ki, nə qədər gec olsa da, ən azı bir saat oxuyur. Son illərdə milyarder tez-tez Uorren Baffetin məsləhətlərinə riayət edir. Fortune jurnalına verdiyi müsahibədə Qeyts Baffetdən hər şeyə sadə yanaşmağı öyrəndi.

“Onun hər şeyi başa düşmək, sadəcə vacib olanın üzərində işləmək, əsasları ayırmaq bacarığı o qədər heyrətamizdir ki, təəccüblənirəm. Bu, dahiliyin xüsusi bir formasıdır”.

Başqa sözlə desək, təşvişi aradan qaldırın və diqqətinizi qarşıya qoyulan işə yönəldin.

2. Tim Kuk

Qlazqo Universitetində keçirilən fəxri nitqdə Apple şirkətinin rəhbəri Tim Kuk tələbələrə pozitiv olmağı və həyatda qarşılaşacaqları səs-küydən qurtulmağı öyrənməyi tövsiyə edib. Hər zaman hər kəsi dinləmək inanılmaz dərəcədə yorucudur.

“Bu gün dünya kinlərlə doludur və siz onlardan uzaqlaşmalısınız, çünki bunu etməsəniz, onlar beyninizdə, düşüncənizdə şişə çevriləcək və siz həyatın pis olduğunu düşünməyə başlayacaqsınız”.

3. Meq Uitmen

Meq Uitmen P&G, eBay Hewlett-Packard da daxil olmaqla bir neçə böyük şirkətdə heyrətamiz karyera qurmuşdur. Fast Company-yə verdiyi müsahibədə Uitmen balıq tutmağı sevdiyini qeyd etdi. O, oğlu ilə birlikdə ildə təxminən altı dəfə balıq tutmağa gedir.

Merseddəki Kaliforniya Universitetinin araşdırmasına görə, hobbi stressi dərhal aradan qaldırır və digər sağlamlıq faydaları təmin edir. Milli Tibb Kitabxanasının araşdırması da göstərdi ki, müntəzəm asudə vaxt fəaliyyətləri stress kimi mənfi hissləri idarə etməyə kömək edir.

4. Uorren Baffet

Dünyanın ən uğurlu investorlarından biri olan Uorren Baffet – bir çox məşğuliyyəti olan insandır. O, gitarada çalmağı sevir.

Merseddəki Kaliforniya Universitetində aparılan bir araşdırma, musiqi aləti çalmağı öyrənmək kimi zehni cəhətdən çətin fəaliyyətlərin stressi azalda biləcəyini müəyyən etdi.

5. Şeril Sendberq

Facebook-un CEO-su Şeril Sendberq üçün onun nə etdiyi deyil, nə etmədiyi önəmlidir. O, gecələr telefonunu söndürərək sosial şəbəkələrə baxmamağa, elektron məktubları oxumamağa çalışır.

Noutbuk arxasında oturmaq və ya gecə gec saatlarda telefondan istifadə etmək bizim üçün çox pisdir, çünki araşdırmalara görə, işıq orqanizmdə yatmağımıza kömək edən melatonin ifrazının qarşısını alır. Gecə ekranda nə qədər az vaxt keçirsəniz, bioloji saatınız bir o qədər sizə təşəkkür edəcəkdir.

6. Cek Dorsi

Forbes-ə verdiyi müsahibədə Twitter-in həmtəsisçisi və baş direktoru Cek Dorsi bir çox şeyi cədvəllə idarə etdiyini açıqladı. Dorsi həftənin müəyyən günlərində tapşırıqları bölüşdürməyi xoşlayır.

“Düşünürəm ki, stres gözlənilməz şeylərdən qaynaqlanır, – deyə Dorsi söyləyir. – Etdiyiniz iş ətrafında nə qədər çox ritm yarada bilsəniz və cədvəlinizə nə qədər çox ritual qatsanız, bir o qədər az stres yaşayacaqsınız”.

7. Syuzan Voyçitski

YouTube-un baş direktoru Syuzan Voyçitski üçün stresi idarə etməyin ən tutarlı yolu özünüz üçün kifayət qədər vaxt ayırmaqdır. O, Today-ə işə qayıtmazdan əvvəl ailə problemlərini həll etməyin onun üçün nə qədər vacib olduğundan danışdı.

“Düşünürəm ki, fasilə etmək çox vacibdir. Eyni zamanda bəzən boş vaxtlarımızda nə edəcəyimizi daha yaxşı fikirləşməliyik”, – deyə Syuzan əlavə etdi.

8. İlon Mask

2008-ci ildə dünya iqtisadiyyatı çox da yaxşı görünmürdü. Avtomobil şirkətləri iflas etdi və Tesla sağ qalmaq üçün mübarizə apardı. Eyni zamanda, şirkətin baş direktoru İlon Mask da çətin dövrlər yaşayırdı. Bununla belə, o, sakit, toplanmış qərarlar qəbul edərək bütün problemlərin öhdəsindən gəlməyi və inkişaf etməyi bacardı.

2013-cü ildə Dublin Sammitində milyarder izah etdi ki, niyə hər şey qorxu ilə bağlıdır və Silikon Vadisi sahibkarları sadəcə olaraq uğursuzluğa düçar olmaqdan qorxmurlar.

“Qorxu sonlu, ümid sonsuzdur. Uğursuzluqdan qorxuruq, lakin bu, cəhd etməyə mane olmur, – deyə İlon Mask bildirib. İnsanlar irrasionaldırsa, qorxuya məhəl qoymamalıdırlar”.

Son xəbərlər
Digər xəbərlər