16 C
Baku
Friday, May 3, 2024

Dünyanın aparıcı bankları yeni kriptovalyuta yaradır

Banker.az xəbər verir ki, Barclays, Credit Suisse, Canadian Imperial Bank of Commerce, HSBC, MUFG və State Street bankları yeni kriptovalyutanın yaradılması ilə bağlı layihəyə qoşulub.

Müqavilələr üzrə hesablaşmalar və qiymətli kağızlarla müqavilələr üzrə klirinq üçün istifadə olunacaq yeni valyuta formasını 2016-cı ildə İsveçrənin UBS bankı Clearmatics Technologies şirkəti ilə birgə hazırlamağa başlamışdı. Bundan əlavə, Deutsche Bank, Banco Santander, BNY Mellon və NEX də yeni kriptovalyutanın yaradılmasında iştirak edir. Sözügedən bu rəqəmsal valyuta utility settlement coin (USC, «hesablaşmalar üçün praktik pul vahidi») adlanır.

Hazırda layihə iştirakçıları Mərkəzi banklarla USC valyutasını müzakirə edir və onun təhlükəsizliyi ilə bağlı əlavə tədbirlər üzərində işləyir. UBS bankının nümayəndəsinin verdiyi məlumata görə, yeni kriptovalyutanın buraxılması 2018-ci ilin sonuna doğru baş tuta bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər