7 C
Baku
Friday, March 21, 2025

Dünyanın aparıcı maliyyə mərkəzləri məlum oldu

Nyu-York yenidən dünyanın ən böyük maliyyə mərkəzləri siyahısında lider olub.

Bu məlumat maliyyə konsaltinq şirkəti “Z/Yen Group Ltd” tərəfindən hazırlanan və “Global Financial Centres Index” göstəricisini hesablayan araşdırmada öz əksini tapıb.

Nyu-York 2018-ci ilin payızından bəri reytinqdə birinci yeri tutur. 2024-cü ilin sentyabrında açıqlanan əvvəlki reytinq ilə müqayisədə şəhər öz göstəricisini 6 bal artıraraq 769 bal toplayıb.

İkinci yerdə qərarlaşan London isə liderlə olan fərqini bir qədər azaltmağı bacarıb və aktivini 12 bal artıraraq 762 bal toplayıb.

Reytinqin ilk beşliyini Honkonq, Sinqapur və San-Fransisko tamamlayır.

Dünya Maliyyə Mərkəzləri İndeksi ilk dəfə 2007-ci ildə dərc edilib və hər yarım ildən bir yenilənir. Son reytinq, təxminən 5 min respondentin sorğusu əsasında tərtib edilib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər