18 C
Baku
Saturday, November 2, 2024

Dünyanın aparıcı onlayn mağazalarından biri £1 milyard itirib

Satışların kəskin azalması, Asos-un növbəti maliyyə ili üçün proqnozların pisləşməsinə səbəb olub. Nəticədə, pərakəndə satış şirkətinin səhmləri London birjasında 40% – dan çox dəyərdən düşüb.

Asos səhmlərinin satışı London birjasında dekabrın 17-də kotirovkaların çökməsi ilə açılıb. Şirkətin maliyyə rübündəki pisləşmə ilə əlaqədar hesabatının yayımlanmasından sonra, qiymətli kağızların dəyəri üçdə birindən çox düşüb – hər bir səhm üçün £41,86-dan £27,21 -a qədər. Kotirovkaların çökməsi hələ də davam edərək £23.77-a qədər düşüb.

Nəticədə, Asos bazar kapitallaşması dərhal £3,51 milyard-dan £2.1 milyarda -a qədər azalıb.

Bazar ertəsi nəşr olunan Asos hesabatında, şirkətin 2018-ci ilin noyabr ayındakı satışların gözləniləndən daha pis olduğu qeyd edilib.

“Sentyabr və oktyabr aylarında satışlar gözləntilərimizə cavab verdiyi halda, bizim üçün son dərəcə əhəmiyyətli noyabr ayında isə satışlar gözlənilməz sürətdə aşağı düşməyə başlayıb. Əsas bazarlarımızın əksəriyyətində iqtisadi qeyri-müəyyənlik, istehlakçının bizə olan güvənliyinin zəifləməsi ilə yanaşı, son illərdə internetdə satışların kəskin şəkildə azalmasına gətirib çıxarıb “.

Proqnozun yenilənmiş versiyasına görə, Asos-un cari maliyyə ilində (2019-cu ilin avqustunda başa çatacaq) ümumi gəliri, əvvəlki ilə nisbətən yalnız 15% artacaq.

Bloomberg qeyd edir ki, Asos-un yaşadığı tənəzzül, 4,5 il ərzində ilk dəfədir ki baş verir. Bloomberg xatırladır ki, keçən həftə Sports Direct International qrupunun rəhbəri olan Mayk Eşli, noyabr ayında satışların “ağıla sığmayacaq qədər” pisləşməsindən danışıb. Bundan sonra şirkətin səhmlərinin qiymətləri təxminən 15% azalıb.

17 dekabr bazar ertəsi günü Sports Direct International səhmlərinin qiyməti təxminən 2% azalıb. Marks & Spencer (- 4,66%), Next (- 8,5%), Debenhams (-10, 8%) və s. kimi digər pərakəndə satış şirkətlərinin də səhmləri dəyədən düşüb.

Asos-un fonunda Boohoo Group şirkətinin səhmləri isə 20% azalıb.

Eyni zamanda, Bloomberg qeyd edir ki, çox sayda gənc və optimist müştərilərə malik olan Asos-un vəziyyəti, digər ingilis pərakəndə satıcılar ilə müqayisə o qədərdə pis deyil.

Son xəbərlər
Digər xəbərlər