Interbrand Corp. şirkəti dünyanın aparıcı brendlərinin illik reytinqini yenilədi. Apple və Google şirkətləri artıq üçüncü ildir reytinqə başçılıq edir.
Interbrand məlumatlarına görə Apple brendinin dəyəri il ərzində 43% faiz yüksələrək 170,276 milyard dollar təşkil etmişdir. İkinci pillədə qərarlaşmış Google şirkətinin dəyəri isə 12% yüksələrək 120,31 milyard dollar təşkil etmişdir.
Aşağıda dünyanın ən bahalı brendlərinin siyahısı ilə tanış ola bilərsiniz: