13 C
Baku
Monday, May 6, 2024

Dünyanın bahalı idman meydançaları

Dünyada ən çox xərc çəkilərək tikilən meydanlara aşağıdakılar aid edilir:

10. «Lukas Oyl» (İndianapolis, ABŞ)

stats1

Tikilib: 2008

Tamaşaçı tutumu: 66000

Dəyər: 675 Milyon dollar

Çoxfunksiyalı «Lukas Oyl» stadionu NFL İndianapolis Kolts komandasının ev oyunlarının və həmçinin digər idman yarışlarının keçirilməsi məqsədi ilə tikilib.

Maraqlı fakt. 2009-cu ilin noyabr ayında yerli kanallardan biri stadionda genetik normalara riayət edilməsində ciddi qanun pozuntusu, o cümlədən siçan ifrazatı və qida saxlanması üçün birdəfəlik istifadə olunan konteynerlər aşkarlamışdır.

9. «Safeko Fild» (Sietl, ABŞ)

satd2

Tikilib: 1999

Tamaşaçı tutumu: 66000

Dəyər: 714 Milyon dollar

Arena məxsusi olaraq Sietl Mariners beysbol komandası üçün tikilib. Bu haqda qərar 1995-ci ildə alınsa da, inşaata 1997-ci ildə başlanıb.

Maraqlı fakt. Əgər oyun bağlı tavan altında baş tutursa, oyunun gedişi ərzində tavan açıla bilər. Bununla bağlı hökmü hakim çıxarır, bununla yanaşı qaydalara əsasən, tavanlar oyun ərzində yalnız bir dəfə açıla bilər.

8. «Emireyts» (London, Böyük Britaniya)

stad3

Tikilib: 2006

Tamaşaçı tutumu: 60000

Dəyər: 770 Milyon dollar

Müasir dövrün ən qabaqcıl və bahalı futbol stadionlarından biri Londonun “Arsenal” klubunun ev oyunlarının keçirildiyi yer qismində çıxış edir. Həmçinin milli yığmanın yoldaşlıq yarışlarının, digər matçların və konsertlərin keçirilməsi üçün icarəyə verilir.

Maraqlı fakt. 2009-ci ildə Emireytsdə Qordon Braun və Nikolya Sarkozinin görüşləri baş tutdu, onlar stadionu ingilis-fransız əməkdaşlığının parlaq nümunəsi adlandırır və Arsenalın baş məşqçisi Arsen Venqerə işarə edirlər.

7. «Rocers mərkəz » (Toronto , Kanada)

stad4

Tikilib: 1989

Tamaşaçı tutumu: 50000

Dəyər: 930 Milyon dollar

Stadion Kanadanın Toronto Arqonavts və Toronto Blu-Ceys beysbol komandalarının ev oyunlarını keçirdiyi əsas meydançadır.

Maraqlı fakt. «Rocers mərkəzi» hərəkətli dam örtüyünə malik ilk stadion sayılır, bu dam örtükləri 20 dəqiqə ərzində açılıb-bağlana bilir.

6. «Stad de Frans» (Sen-Deni, Fransa)

stad5

Tikilib: 1998

Tamaşaçı tutumu: 80 000

Dəyər: 974 milyon dollar

Məxsusi olaraq 1998-ci il Dünya Çempionatı üçün tikilmiş stadionda hal-hazırda kubok finalları, yığma komandanın oyunları, avtomobil və motosiklet yarışları, həmçinin müxtəlif digər müsabiqələr keçirilir.

Maraqlı fakt. Fransanın keçmiş prezidenti Nikolya Sarkozi ildə ən azı iki dəfə bu stadiona baş çəkirdi: futbol və reqbi üzrə Fransa kubokunun final oyunları zamanı.

5. «Medison-Skver-Qarden» (Nyu-York, ABŞ)

 

stad6

Tikilib: 1968

Tamaşaçı tutumu: 18000

Dəyər: 1,1 milyard dollar

Əfsanəvi idman kompleksi Reyncers xokkey komandasının və Niks – basketbol klubunun ev oyunlarını keçirdiyi məkandır. Bundan əlavə burada müxtəlif matçlar, bütün ulduzların konsertləri , boks görüşmələri və s tədbirlər keçirilir.

Maraqlı fakt. Layihənin memarı, ”Pepsodent” kompaniyasının prezidenti Çarls Lakman bir dəfə öz uğur sirrini izah edir: “Mən artıq çoxdandır ki, özümdə səhər erkən saat 5-də yuxudan ayılmaq vərdişi yaratmışam, çünki bu zaman beynim heç olmadığı qədər yaxşı işləyir – onda mən daha yaxşı düşünür və öz günümü daha yaxşı planlaşdırıram, planlaşdırmada isə həmişə işləri əhəmiyyətlilik sırasına uyğun düzürəm”.

4. Stadion «Zenit» (Sankt-Peterburq, Rusiya)

stad7

Tamaşaçı tutumu: 69,501

Tikilib: 2012

Dəyər: 1,1 milyard dollar

Zenit stadionu 2018-ci il dünya çempionatına ev sahibliyi etmək məqsədi ilə tikilib. Stadionun açılışı bir neçə dəfə təxirə salınıb. Onun ən bahalı futbol stadionu olacağı iddia edilirdi.

Maraqlı fakt. Tikilməkdə olan idman meydançasında ilk oyun hələ 2009-cu ildə baş tutub. Təchizatçılar və sifarişçilərin komandası isə subpodratçılar arasında baş tutan oyun birincilərin digəri üzərində 3:0 hesablı qələbəsi ilə nəticələnib.

3. «Kovboys Stedium» (Arlinqton, ABŞ)

stad8

Tikilib: 2009

Tamaşaçı tutumu: 80000

Dəyər: 1,3 milyard dollar

Dünyanın ən məşhur qapalı stadionu məxsusi olaraq NFL Dallas Kovboys komandası üçün tikilib.

Maraqlı fakt. Stadionda yerləşdirilən iki tərəfli, rəngli və nəhəng ölçülü, kod adı Jerry-Tron olan iri ekran Ginnesin rekordlar kitabına ən böyük ekran kimi daxil olub.

2. «Olimpiya Stadionu» (Monreal, Kanada)

stad9

Tikilib: 1976

Tamaşaçı tutumu: 60000

Dəyər: 1,4 milyard dollar

The Big ləqəbli stadion 1976-ci il yay olimpiya oyunlarına ev sahibliyi etmək üçün tikilib. İndi isə orada beysbol və amerikan futbolu üzrə yarışlar həyata keçirilir.

Maraqlı fakt. 1976-ci ildə Olimpiada da ADR-in Polşaya qalib gəldiyi futbol üzrə final oyununu izləməyə 72 000 insan gəlmişdi. Kanada da bu futbol rekordunu hələ də qırmaq mümkün olmayıb.

1. «Uembli» (London, Böyük Britaniya)

 

stad10

Tikilib: 1923 (tam təmirin başa çatması– 2007)

Tamaşaçı tutumu: 90000

Dəyər: 1,5 milyard dolalar

İngiltərə yığması ev oyunlarını bu stadionda keçirir. Bundan əlavə stadionda müxtəlif yarışlar, kubok finalları, reqbi matçları və konsertlər keçirilir.

Maraqlı fakt. Yeni “Uembli”nin memarı Norman Foster həmçinin Puşkin muzeyinin bərpası ilə məşğul olub və Büllur ada layihəsini tərtib edib ki, bunun da insan tutumuna görə dünyada ən böyük bina olacağı gözlənilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər