Pandemiya bitsə də, uzaqdan işləmə tendensiyası getdikcə artır. Berlində fəaliyyət göstərən “WorkMotion” platforması dünyanın 85 şəhərinin məlumatlarını təhlil edərək, distant iş üçün ən əlverişli şəhərləri seçib.
Hesabatda şəhərlər aşağıdakı meyarlara əsasən qiymətləndirilib:
- tələb olunan viza növü,
- uzaqdan iş infrastrukturu,
- təhlükəsizlik,
- səhiyyəyə çıxış,
- mənzil əldə etmək imkanı,
- mobillik,
- xoşbəxtlik indeksi,
- gəlir vergisi,
- qida və mənzil əlçatanlığı.
Hesabata görə, siyahıdakı yalnız bir şəhər ümumi 100 bal toplayıb. Uzaqdan işləyən işçilər üçün ən əlverişli şəhərlər isə aşağıdakılar olub:
- Barselona, İspaniya
- Dubay, BƏƏ
- Praqa, Çexiya
- Madrid, İspaniya
- Melburn, Avstraliya
- Amsterdam, Hollandiya
- Lissabon, Portuqaliya
- Sidney, Avstraliya
- Qran-Kanariya, İspaniya
- Reykyavik, İslandiya
Tədqiqatdan sonra məlum olub ki, Barselona qida və mənzil əlçatanlığı, Dubay sıfır gəlir vergisi, Praqa isə yüksək təhlükəsizlik səviyyəsinə görə ilk üçlüyə daxil olub.