20 C
Baku
Wednesday, October 15, 2025

Dünyanın dul milyarder qadınları: $365 mlrd. dəyərində sərvətin yeni sahibləri

Uol-Stritdə valideynlərdən uşaqlara ötürüləcək 105 trln dollar-lıq sərvət gözlənilirdi, amma artıq başqa tip irs ötürülməsi müşahidə olunur: milyarder dul qadınlar iri sərvətlərin idarəçiliyini ələ keçirirlər.

Dünyanın 500 ən zəngin şəxsi siyahısında ondan çox qadın həyat yoldaşlarının ölümündən sonra milyarder olub — bu, tarixdə rekorddur. Bu gün onlar 365 mlrd dollar dəyərində sərvəti idarə edir, 2016-cı illə müqayisədə demək olar ki, üç dəfə artıb.

Banker.az xəbər verir ki, bununla bağlı Bloomberg nümunə kimi Renata Kellnerovanı misal gətirir. O, həyat yoldaşının faciəvi ölümündən sonra “PPF Group NV”ni miras alıb və ailə sərvətini milyardlarla dollar artırıb. UBS və McKinsey məlumatlarına görə, qadınlar getdikcə daha çox miras alır və bu onillikdə amerikalı qadınlar 27 trln dollar aktivin idarəsini ələ keçirəcəklər.

4353453454

Sərbəst milyarder qadınların sayı da artmaqda davam edir: onların arasında Tatiana Kim, Zhong Huaiqiuan və Zhou Qyunfei var. Ümumilikdə Bloomberg-in siyahısındakı super zəngin qadınlar təxminən 1,3 trln dollar idarə edirlər.

Lakin iri sərvətlərin miras alınması çox vaxt emosional çətinliklər və məhkəmə prosesləri ilə müşayiət olunur. Bir çox qadınlar üçün bu, dərin kədər və qəfil maliyyə çağırışlarının birləşməsidir, bu isə kapitalın idarə olunmasını sürətlə öyrənməyi tələb edir.

 

Son xəbərlər
Digər xəbərlər