16 C
Baku
Friday, September 27, 2024

Dünyanın ən varlı adamı

Dünyanın ən sərvətli adamları 2016-cı ildə 237 milyard dollar (5,7%) məbləğində varlanaraq ümumi sərvətlərini 4.4 trilyon dollara çatdırıblar.

“Bloomberg” agentliyinin illik hesabatında belə deyilir.

Agentliyin məlumatına görə, buna səbəb ABŞ və Avropa ölkələrində populist siyasətşilərin qələbəsi olub.

Hesabata görə, dünyanın ən varlı adamı 91,5 milyard dollarla “Microsoft” un rəhbəri Bill Gates olub.

Varlanma tempinə görə isə birinci yerdə “Berkshire Hathaway Inc” şirkətinin rəhbəri, amerikalı investor Warren Buffett gəlir.

Onun gəlirləri il ərzində 19 faiz artaraq 71,4 milyard dollara çatıb.

Buna səbəb, ABŞ prezidenti seçilən Donald Trumpun gözlənilməz qələbəsindən sonra onun şirkətinin dəyərinin artması olub.

“Ascent Private Capital Management” in prezidenti Michael Cole (10 milyard dollar aktivləri var) hesab edir ki, hazırda bazarları belə bir inam idarə edir ki, Trump ABŞ-ın bir sıra iqtisadi sahələrində tənzimləməni zəiflədəcək.

“Bloomberg” in bundan əvvəlki versiyasında dünyanın varlı adamlarının Trumpun qələbəsindən sonra 41 milyard dollar itirdiyi bildirilirdi.

Son xəbərlər
Digər xəbərlər