Dünyanın gözü FED-in bugünkü qərarında – faiz bəndini artıra bilər

Dünyanın maliyyə bazarlarının diqqəti okeanın o tayına, ABŞ-a yönəlib.

Bu gün Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin növbəti iclası başa çatır.

Qurum Bakı vaxtı ilə saat 22:00-da uçot dərəcəsini artırıb-artırmadığı barədə qərarını açıqlamalıdır. Hazırda 1,75-2% olan bu göstəricinin 0,25 faiz bəndi artırılaraq 2-2,25%-a çatdırılacağı proqnozlaşdırılır.

FED-in bugünki iclasında ilk dəfə ABŞ-ın 2021-ci ilə qədərki hədəfləri və gözləntiləri müzakirə olunacaq. İclas iştirakçıları durğunluq risqinə və inkişaf etməkdə olan ölkələrin milli valyutalarının vəziyyətinə, o cümlədən bu ilin avqust ayında valyuta bazarında baş vermiş dalğalanmalara qiymət verəcək, onlarl yekun qərarda nəzərə alacaqlar.

Əgər FED uçot dərəcəsini artırarsa, bu, 2018-ci il ərzində sayca 4-cü faiz artımı olacaq və qlobal maliyyə bazarında ABŞ dollarının digər aparıcı xarici valyutalar qaşrısında bahalaşması ilə nəticələnəcək. Hazırda 1,17-1,18 olan USD/EUR nisbətinin 1,16-ya, 1,31-1,32 olan USD/GBP nisbətinin 1,3-ə düşə, dollar indeksinin 94-dən 97-98-ə qalxa bilər. Faiz artımı valyuta bazarı ilə yanaşı əmtəə bazarına da təsir edə bilər. Birjalarda qızılın və neftin ucuzlaşacağı istisna deyil.

Report

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər