Əhalı axır vaxtlar ipoteka kreditlərinin alınmasında çətinlik çəkirlər . Demək olar ki çox bank bu kreditləşmənin qarşısın alıb. Sizcə dövlətin bu məsələ ilə bağlı nə planları vardır? Kreditlərin məbləğinin artırılması gözləyirsinizmi? Və digər yüngülləşdirici faktorlar olacaqmı? Banker.az saytını maraqlandıran bu suallara iqtisadçı-ekspert Vüqar Bayramov aydınlıq gətirdi.
Aktiv ipoteka siyasəti əmlak bazarında qiymətlərin artmasına gətirib çıxarır
Ümumiyyətlə, 2014-cü ildə ipoteka kreditləşməsi sistemində kommersiya banklarının o cümlədən İpoteka Fondunun aktiv ipoteka siyasətindən daha passiv siyasətinə üstünlük verməsi müşahidə olunur. Bu onunla bağlıdır ki, aktiv ipoteka siyasəti əmlak bazarında qiymətlərin artmasına gətirib çıxarır.Aktiv şəkildə ipoteka proqramının dəstəklənməsi əmlak bazarına daxil olan və ev almaq istəyən insanların sayının kütləvi şəkildə artmasına gətirib çıxarır. Bu tendensiya əmlak bazarında qiymətin artmasını stimullaşdırdı. Yəni nə qədər çox ipoteka krediti verilirsə, o qədər çox tələbat formalaşır. Tələbatın artması da mənzil bazarında qiymətlərin artmasına gətirib çıxarır və nəzərə alsaq ki, məhz Bakının infrostrukturunda genişləndirilməsi ilə bağlı kompensiyasıyanın ödənilməsi səbəbindən əmlak bazarına daxil olan vətəndaşların sayında artımlar vardı bu baxımdan İpoteka Fondu o cümlədən kommersiya bankları çalışdı ki, aktiv ipoteka siyasətindən passiv ipoteka siyasətinə keçsinlər .
Vətəndaşların əksəriyyətinin ipoteka kreditinə əlçatanlığı olduqca aşağıdır
Bununla belə istər aktiv, istərsə də passiv ipoteka siyasətinin tətbiq edilməsi baxımından bu gün ipoteka bazarında ən ciddi problemlərdən biri onunla bağlıdır ki, vətəndaşların əksəriyyətinin ipoteka kreditinə əlçatanlığı olduqca aşağıdır. İpoteka kreditləşməsinin fəlsəfəsi birdəfəlik ödəniş edib, ev almaq imkanı olmayan orta təbəqə, bəzi aztəminatlı vətəndaşlara hesablanır.Təəssüf ki, ölkədə orta aylıq əmək haqqının 440 olmasına baxmayaraq bu gün adi ipoteka krediti alamaq üçün vətəndaşdan 700 manat əmək haqqı tələb olunur. Bu o deməkdir ki , orta aylıq əmək haqqı alan vətəndaş bu gün adi əksər hallarda sosial ipotekadan faydalana bilmir. Orta aylıq əmək haqqı orta təbəqənin əmək haqqısıdır. Orta təbəqənin ipoteka kreditləşməsindən faydalanması bağlı problemləri var.
İpoteka kreditləşməsinə dəyişikliklərin edilməsi vacibdir.
Nəzərə alsaq ki, 2005-ci ildə təsdiq olunmuş ipoteka sistemi haqqında Qanunda ölkə prezidenti İpoteka Fonduna sosial investorların eləcə də siğorta şirkətlərin ipoteka kreditləşməsini cəlb edilməsi ilə bağlı göstəriş vermişdi. Həmin qanunla İpoteka Fondu yanında İpoteka Zəmanət Fondunun yaradılması nəzərdə tutulsa da, təəssüf ki bunlar reallaşmadı . Bu gün ən ciddi problemlərdən biri ilkin ödəniş ilə bağlıdır. Bu krediti alamq üçün tələb olunun ilkin ödənişin məbləği və faizi 20 % dən az deyil. Bu vətəndaşlar üçün xüsusən gənc ailələr üçün çətinlik yaradır. Birdəfəlik 10000 manatın ödənilməsi ilə bağlı çətinlik var. İlkin ödənişin banklar və İpoteka Fondunun vəsaitləri hesabına qarşılanmasına ehtiyac var.
Dünyanın heç bir ölkəsində ipoteka krediti almaq üçün 18 sənəd tələb olunmur
Tələb olunan sənədlərin sayı çoxdur. Azərbaycanda tələb olunan sənədlərin sayına görə dünyada birincidir. Dünyanın heç bir ölkəsində ipoteka krediti almaq üçün 18 sənəd tələb olunmur. 18 sənədin tələb edilməsi həm zaman alır, həm vəsait tələb edir.
Elektron ipoteka sisteminin yaradılmasına ehtiyac var
4 il öncə ölkədə elektron ipoteka sisteminin yaradılması ilə bağlı təklif etmişdik. Elektron ipoteka sisteminin formalaşması imkan verəcək ki, ipoteka krediti almaq üçün tələb olunan sənədlərin sayı ən azı iki dəfə azalsın.
Bu krediti almaq üçün iş yerindən arayışın tələb olunmasına belə ehtiyac yoxdur. Bütün sosial vergi ödənişləri kodlaşdırılıb. Kommersiya banklarının həmin elektron sistemə çıxışı var. Vətəndaş müraciət edən zaman həmin bazaya baxmaqla vətəndaşın əmək haqqısını müəyyənləşdirəcək.
Bu gün adi ipotekada 50000 ipoteka alan vətəndaş 25 il müddətində kommersiya bankına 120000 manat vəsait ödəyir
Bu gün adi ipotekada 50000 ipoteka alan vətəndaş 25 il müddətində kommersiya bankına 120000 manat vəsait ödəyir. 50000 manat ipoteka krediti alan vətəndaş 70000 manat artıq vəsait ödəyir. Bu da təbii ki, fazi dərəcəsinin yüksək olması ilə bağlıdır.
Fazilər azaldılmalıdır
Fazi dərəcələrinə baxılması və aşağı salınması vacibdir. Yüksək faiz vətəndaşın bu kreditləşmədən faydalanmasına imkan vermir. Adi ipoteka kreditləşməsi üzrə faiz dərəcəsi 8 % dir. 6% qədər endiirlməlidir.
Ipoteka kreditləşməis üzrə fazi 4 fazidir 2 % qədər endiirlməlidir ki bu vətəndaş üçün əlçatan olsun.
Dövlət hələ ki heç bir yüngülləşdirici addım atmayacaq
Çox təəssüf ki, əvvəlki sistem davam edir. Biz dəfələrlə Mərkəzi Banka şərtlərin yüngülləşdirilməsi ilə bağlı təkliflərimizi versək də, bu istiqamətdə real addımlar atılmayıb.
Vətəndaşın qarşısında manelər qoyulur
Vətəndaşın qarşısında manelərin qoyulması onunla bağlıdır ki, kreditin qaytarılmasında risklər aşağı olsun.İpoteka kreditləşməsi sosial bir layihədir. Dövlətin addından danışan Mərkəzi Bankdır. Bu istiqamətdə addımlar atacaq qurumda mərkəzi bankdlır.