13 C
Baku
Tuesday, May 7, 2024

Dünyanın ilk kitabsız kitabxanası ABŞ-da açılacaq

Texas ştatı San-Antonio şəhərində 2013-cü il payızında dünyanın ilk kitabsız kitabxanası açılacaq. BiblioTech kitabların tamamilə elektronlarla əvəz olunacağı dünyanın ilk ictimai kitabxanası olacaq. 

Layihənin təşəbbüskarı yerli hakimlərdən biri Nelson Vulfdur. Onun sözlərinə görə elektron kitabxananın yaradılmasına onu Apple korporasiyasının təsisçisi Stiv Cobs haqqında CNN teleşirkətinin keçmiş rəhbəri və həftəlik The Time qəzetinin redaktoru Uolter İsaaksonun yazdığını bioqrafiya maraq oyatmışdır.

Ilk əvvəl kitabxanada elektron kitabların oxunması üçün 100 cihaz quraşdırılacaq. Onları oxu zalında istifadə etməklə yanaşı, müəyyən müddətə evə aparmaq da mümkün olacaq. Bundan əlavə hər bir şəxs BiblioTech-ə öz cihazı ilə gələrək xoşuna gələn kitabı yükləyə bilər.

q2

“Kitabxana tamamilə pulsuz olacaq. Yalnız materialların çap olunmasından haqq tutula bilər”, – layihənin müəllifi qeyd etdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər