14 C
Baku
Saturday, October 5, 2024

Dünyanın ilk milyarderi kim olub?

Dünyada ilk dəfə milyard dolları qazanmaq şansına nail olmuş şəxs “Standart Oil” şirkətinin yaradıcısı Con Rokfeller olmuşdur. O dövrün milyard dolları ilə müasir dövrün milyard dollarını müqayisə etsək aradakı fərq müqayisə edilməzdir. O dövrün 1 milyard dolları bizim dövrün 300 milyard dollarına bərabərdir. Bu məbləği isə müasir milyarderlər çətin ki, qazansın.

Rokfeller ailəsi Amerikaya Almaniyadan gəlmişlər. Bu ailənin ilk nəsli biznesdə bir o qədər də uğur qazana bilməyib. Conun atası isə heç də “təmiz” işlər görmürdü. O at oğurlayır, kiçik qarətlərlə və fırıldaqçılıqla məşğul olurdu və ailə başçısının bu cinayətkarlıq əməlləri aşkar edilməsin deyə daim bir yerdən digər bir yerə köməyə məcbur olurdu.

Con uşaq və yeniyetməlik illərindən yalnızca pul haqqında düşünürdü. O hələ uşaq olarkən başa düşmüşdü ki, bankda 50 dollara sahib olmaq, bir-iki ay kartof qazıb çıxarmaqdan daha sərfəlidir. Con 1870-ci ildə neft əldə edilməsi ilə bağlı kiçik biznes yaratdıqda bəxti gətirir. Heç kimin gözləmədiyi halda şirkət 20 ildən sonra 10 milyon dollar gəlir gətirir. 1901-ci ildə isə Rokfeller artıq 200 milyon dollara sahib idi və tezliklə ilk milyarderə çevrilir.

Rokfellerin iki arzusu var idi – milyard dollar qazanmaq və 100 yaşına qədər yaşamaq. O ilk arzusunu həyata keçirir və dünyanın ilk milyarderi adını qazanır. Lakin məşhur insana 100 yaşına qədər yaşamaq qismət olmur və 1937-ci ildə 98 yaşında dünyasını dəyişir.

Son xəbərlər
Digər xəbərlər