-3 C
Baku
Sunday, December 15, 2024

Dünyanın ilk milyarderi kimdir?

Dünyada 1 milyard dollar sərvətə nail olmağı bacarmış ilk şəxs amerikalı Con Rokfellerdir və bu hadisə 29 sentyabr 1916-cı ildə baş verib.

Con Rokfeller 8 iyul 1839-cu ildə dünyaya gəlib. Onun atası William Rockefeller gəncliyində meşələrdə ağac kəsməklə məşğul idi. Lakin daha sonradan ağır fiziki işi atan William Rockefeller müalicəvi eliksirlərin satışı ilə məşğul olmağa başlayır. Onun fikrincə bu eliksirlər ən müxtəlif xəstəlikləri sağaltmağa qadir idi. William-ın təşəbbüskarlığı onun bir qədər vəsait toplamasına və torpaq ərazisi almasına kömək edir.

Rokfellerlər ailəsində 6 uşaqdan ikincisi olan Con artıq 7 yaşında özünün sahibkarlıq fəaliyyətinə başlayır. O hind quşlarını diqqətlə yemləyir və onları satır, bütün kommersiya uğurlarını dəftərinə qeyd edirdi. Cəmi bir neçə ildən sonra Con faizlə pul verərək yerli fermerlərin kreditləşməsi ilə məşğul olurdu.

Rokfeller 16 yaşı olduqda daşınmaz əmlak və dəniz məhsullarının daşınması ilə məşğul olan şirkətdə mühasib olaraq işə düzəlir. O qısa müddətdə müdir vəzifəsinə qədər yüksəlsə də, əmək haqqının azlığından şikayət edərək işdən istefa edir. Bununla da, Rokfellerin muzdlu işçi karyerası başa çatır və o zamandan etibarən yalnız özü üçün işləməyə başlayır.

ABŞ-da vətəndaş müharibəsi zamanı Rokfeller ordunun ərzaqla təmin edilməsi ilə məşğul olurdu ki, bu da onun öz başlanğıc kapitalını artırmasına kömək edir. Bundan sonra isə neft maqnatı Rokfellerin dövrü başlayır. O 50-ci illərin sonlarında neft emalı ilə məşğul olan kimyaçı Endryus ilə tanış olur. Rokfeller və Endryus Klivlenddə neft emalı ilə məşğul olan zavod yaradırlar və öz məhsullarını bütün ölkə üzrə yayırlar.

1870-ci ildə Con “Standart Oil” şirkətinin əsasını qoyur və bu şirkət nəinki neft emalı, həmçinin neft yataqlarının kəşfiyyatı ilə də məşğul olur. Bundan əlavə, Rokfeller dəmir yollarının inşasına pul yatırırdı və bu neft daşınması xərclərini əhəmiyyətli dərəcədə azaltmışdı. Bir neçə ildən sonra ABŞ-da emal edilən neftin 90%-dən çoxu “Standart Oil” şirkətinə məxsus idi. Con Rokfeller neft şirkətinin sahibi olmaqla yanaşı, 16 dəmir yolu və polad şirkətinə, 6 gəmiçilik şirkətinə, daşınmaz əmlak ticarəti ilə məşğul olan bir neçə şirkətə və 8 banka sahiblik edirdi. O 29 sentyabr 1916-cı ildə rəsmi olaraq planetin ilk milyarderi elan edilmişdi.

Rokfeller həyatının sonuna doğru xeyriyyə məqsədilə çox vəsait sərf edir, həmçinin bir neçə universitetlərin, Nyu-Yorkda Rokfeller mərkəzinin inşasına sponsorluq edir və BMT-nin binasının inşasına 9 milyon dollar ayırır.

Dünyanın ilk milyarderi 23 may 1937-ci ildə 97 yaşında dünyasını dəyişir. Onun dünyasını dəyişdiyi an sahib olduğu sərvətin həcmi 1,4 milyard dollar və yaxud ABŞ-ın ÜDM həcminin 1,54%-ni təşkil edirdi.

Son xəbərlər
Digər xəbərlər