Robotlar fərqli sahələrdə həyatımıza girməyə davam edir. Artıq robot fotoqrafımız da var.
Sinqapurda təqdim olunan Selfiebot dünyanın ilk robot fotoqrafı hesab edilir. Galaxy Tech Studio-larının ortaqlığıyla hazırlanan Selfiebot, icarəyə götürülə bilər. Robot fotoqraf deyərkən, əlində bir kamera ilə necə poza verəcəyinizi söyləyən robot düşünməyin. Selfiebot, təkərli robota yerləşdirilmiş bir iPad-dən ibarətdir. Robot məkanı gəzib maneələri aşmaq üçün kifayət qədər ağıllıdır. Lakin foto çəkmək üçün ekranına toxunmaq lazımdır.











