23 C
Baku
Thursday, April 25, 2024

Dünyanın ilk robot fotoqrafı Selfiebot – Foto/Video

Robotlar fərqli sahələrdə həyatımıza girməyə davam edir. Artıq robot fotoqrafımız da var.

Sinqapurda təqdim olunan Selfiebot dünyanın ilk robot fotoqrafı hesab edilir. Galaxy Tech Studio-larının ortaqlığıyla hazırlanan Selfiebot, icarəyə götürülə bilər. Robot fotoqraf deyərkən, əlində bir kamera ilə necə poza verəcəyinizi söyləyən robot düşünməyin. Selfiebot, təkərli robota yerləşdirilmiş bir iPad-dən ibarətdir. Robot məkanı gəzib maneələri aşmaq üçün kifayət qədər ağıllıdır. Lakin foto çəkmək üçün ekranına toxunmaq lazımdır.

s1full 16191004003501 selfiebot 2 super teaseb401f598bad77f8eb013ccac0ad21bfb Robot fotoqraf, fotoları dərhal çap edə, SMS və ya e-poçt vasitəsilə qonaqlara göndərə bilir. Üstəlik, Selfiebot, fotolarınıza animasiyalı GIF və mətn əlavə etməyə imkan yaradır. Selfiebot hazırda yalnız Sinqapurda mövcuddur. Ancaq gələcəkdə robot fotoqrafla digər ölkələrdə də rastlaşa bilərik.

 
©Ted.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər