2 C
Baku
Saturday, December 14, 2024

Dünyanı kömür böhranı gözləyir – “Bloomberg”

Pandemiyadan sonra qlobal iqtisadiyyatın bərpası fonunda təbii qaz qıtlığının yaratdığı qlobal enerji böhranının birinci mərhələsindən sonra dünya digər məsələlərlə yanaşı, kömür böhranı ilə üzləşir. Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

2021-ci ilin ortalarında pandemiyanın bitməsi ilə Avropa misli görünməmiş elektrik enerjisi və qaz qıtlığı çəkir, nəticədə qiymətlərdə kəskin artım olub. Bunun fonunda daha ucuz olan kömürə tələbat artıb. “Bank of America”nın aprelin 1-inə olan məlumatına görə, elektrik stansiyalarda yandırılan kömür planetin ən ucuz yanacaq mənbələrindən biridir.

Bunun nəticəsidir ki, 2021-ci ildə Avropa İttifaqında kömür istehlakı 12% (2017-ci ildən bəri ilk artım), ABŞ-da 17% artıb, eyni vəziyyət dünyanın digər regionlarında da müşahidə olunub. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, 2021-ci ildə dünya kömürdən əvvəlkindən daha çox elektrik enerji istehsal edib. 2022-ci ildə elektrik və polad istehsalı, eləcə də digər sənaye məqsədləri üçün kömür istehlakı 2% artaraq rekord həddə – 8 milyard metrik tona çatacağı və 2024-cü ilə qədər bu səviyyədə qalacağı gözlənilir.

Lakin bu proqnoz dekabr ayında dərc olunub. Agentlik rəqəmlərə yenidən baxmağı və Ukraynadakı hadisələri nəzərə alaraq iyulda yeni proqnoz dərc etməyi planlaşdırır. “Bloomberg” yazır ki, görünür, kömürə qlobal tələbat daha yüksək olacaq.

Eyni zamanda qlobal istehsal hələ də pandemiyadan öncəki səviyyəyə qayıtmayıb. Elektrik stansiyalarının ən böyük tədarükçüsü olan İndoneziya daxili təchizatı təmin etmək üçün bu ilin əvvəlində kömür ixracını dayandırıb. Digər ixracatçı Avstraliya satışları artırmaq imkanlarının məhdud olduğunu qeyd edib. Cənubi Afrikadakı Riçards-Bey kömür terminalından ixrac 2021-ci ildə 58,7 milyon tona düşüb ki, bu da son 25 ilin ən aşağı göstəricisidir.

Nəticədə, kömür qiymətləri rekord qırır. Metrik tonu nadir hallarda 100 dolları keçən Avstraliya kömürünün qiymətləri oktyabrda 280 dollara qalxıb, Ukraynada müharibə başlayandan sonra isə 440 dollara çatıb.

“Dekarbonizasiya və enerji təhlükəsizliyini balanslaşdırmağa çalışdığınız zaman hər kəs nəyin qalib gəldiyini başa düşür: işıqları yanılı qoymaq. Birilərini hakimiyyətdə saxlayan, digərlərini isə etirazlardan saxlayan budur, – deyə kömür üzrə tədqiqat şirkəti olan “Rystal Energy”nin baş vitse-prezidenti Stiv Xalton deyib.

Son xəbərlər
Digər xəbərlər