13 C
Baku
Friday, March 29, 2024

Dünyanın maliyyə texnologiyaları mərkəzi elan edildi

Banker.az xəbər verir ki, Brexit danışıqlarına baxmayaraq, London yenə də dünyanın maliyyə texnologiyaları mərkəzi olaraq qalır. Bundan əlavə, belə görünür ki, şəhər Birləşmiş Krallığın rəsmi olaraq Avropa İttifaqının tərkibindən çıxmasından sonra da bu statusu itirməyəcək.

Z/Yen Global Financial Centers Index (GFCI) araşdırmasının nəticələrinə əsasən, London şəhəri Nyu-York, Honqkonq və Sinqapuru üstələyərək dünyanın nəhəng maliyyə texnologiyaları mərkəzidir. Üstəlik, London ən yaxın rəqibi Nyu-Yorku 24 pillə üstələyib.

Bu yaxınlarda bütün Avropa üzrə 1500 maliyyə texnolofiyası şirkətini qiymətləndirən Early Metrics hesabatına əsasən məlum olub ki, maliyyə texnologiyaları şirkətlərinin rəhbərlərinin Brexit səbəbindən təzyiqin olduğunu qəbul etməklərinə baxmayaraq, London regionun lideri olaraq qalmağa davam edir.

Early Metrics-in məlumatlarına görə, 2017-ci ilin ilk yarısında Böyük Britaniyada maliyyə texnologiyaları startaplarına 564 milyon dollar sərmayə yatırılıb. Hazırda Londonda maliyyə texnologiyaları sahəsində 44 mindən çox ekspert mövcuddur.

Son xəbərlər
Digər xəbərlər