WoodMackenzie adlı konsaltinq şirkəti 2013-cü ildə neft-qaz strukturu sahəsi üzrə bir sıra araşdırmalar aparmışdır. Bu araşdırmanın nəticəsi olaraq dünyanın nəhəng neft-qaz şirkətlərinin ekspert reytinqi yaradılmışdır.
Son illər “şist inqilabı” bazardakı oyunçuların vəziyyətini ciddi şəkildə dəyişmişdir. Artan istehsal dərəcələri karbohidrogenlərin dəyərinin artmasına mane olur. Bununla yanaşı, dörd nəhəng neft-qaz şirkəti (SaudiAramco, Gazprom, NationalIranianOilCompany və ExxonMobil) bu sahə üzrə öz liderliyini qoruyub saxlayır.
| Yeri | Şirkət | Ölkə | 2003-cü ildə neft hasilatı, gün ərzində barel ekvivalenti | 2013-cü ildə neft hasilatı, gün ərzində barel ekvivalenti | 
| 1 | Saudi Aramco | Səudiyyə Ərəbistanı | 9,9 mln | 12,7 mln | 
| 2 | Gazprom | Rusiya | 9,5 mln | 8,1 mln | 
| 3 | NationalIranianOilCompany | İran | 4,9 mln | 6,1 mln | 
| 4 | ExxonMobil | ABŞ | 4,6 mln | 5,3 mln | 
| 5 | Rosneft | Rusiya | Məlumat yoxdur | 4,6 mln | 
| 6 | Royal Dutch Shell | Hollandiya, B.Britaniya | 4,1 mln | 4 mln | 
| 7 | PetroChina | Çin | 2,5 mln | 3,9 mln | 
| 8 | Pemex | Meksika | 4,2 mln | 3,6 mln | 
| 9 | Chevron | ABŞ | 3,2 mln | 3,5 mln | 
| 10 | Kuwait Petroleum Company | Küveyt | 2,3 mln | 3,4 mln | 


 
                                    




