“Savills” şirkətinin tərtib etdiyi mənzil və iş yeri qiyməti indeksinə (Live/Work Index) görə əməkdaşları və işçiləri yerləşdirmək baxımdan dünyanın ən bahalı şəhəri 2011-ci ildən sonra ilk dəfə Honqkonq olub.
“Report” “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, burada bir əməkdaş üçün mənzil və ofis məkanının icarəsi haqqı son 1 ildə 5% artaraq 112,4 min ABŞ dolları təşkil edib.
Son 2 ildə reytinqin 1-ci pilləsində qərarlaşmış Nyu-Yorkda həmin göstərici 1,7% azalaraq 108,2 min dollara düşüb. Növbəti yerlərdə London (96 min dollar), Tokio (84 min dollar) və Amsterdam (62,8 min dollar) şəhərləri qərarlaşıb.