Dünyanın ən varlı 10 adamının sərvəti ABŞ prezident seçkiləri fonunda 33 milyard dollar artıb.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Daha ətraflı məlumat real vaxt rejimində yenilənən “Forbes Real-Time” reytinqində görmək olar.
Qeyd edək ki, bunun səbəbi Amerikanın maliyyə bazarlarında baş verən dəyişikliklərdir. Belə ki, çərşənbə günü “Amazon” səhmləri 6,32% ($3241), “Facebook” – 8,32% ($287,38), “Alphabet” isə 6,09% ($1745,85) bahalaşıb.
Ən böyük artım “Amazon” şirkətinin təsisçisi Jeff Bezos-da olub – 10,5 milyard. Tam siyahı isə aşağıdakı kimidir:
1. “Amazon” şirkətinin qurucusu Jeff Bezos: 10,5 milyard dollar artıb, sərvəti –190,6 milyard dollar;
2. “Louis Vuitton Moët Hennessy”in prezidenti Bernard Arnault və ailəsi: 3,6 milyard dollar artıb, sərvəti – 115,1 milyard dollar;
3. “Microsoft”un təsisçisi Bill Gates: 668 milyon dollar artıb, sərvəti –115,9 milyard dollar;
4. “Facebook”un qurucusu Mark Zuckerberg: 8 milyard dollar artıb, sərvəti –105,5 milyard dollar;
5. “Tesla”nın təsisçisi Ilon Musk: 547 milyon dollar artıb, sərvəti –93,1 milyard dollar;
6. İnvestor Warren Buffet: 291 milyon dollar artıb, sərvəti –78 milyard dollar;
7. “Google”un həmtəsisçisi Larry Page: 4 milyard dollar artıb, sərvəti –77 milyard dollar.
8. “Oracle”ın təsisçisi Larry Elison: 379 milyon dollar artıb, sərvəti –75,1 milyard dollar;
9. “Google”un həmtəsisçisi Sergey Brin: 3,8 milyard dollar artıb, sərvəti – 74,9 milyard dollar;
10. “Reliance Industries”in sahibi Mukesh Ambani: 4 milyard dollar artıb, sərvəti – 74,1 milyard dollar;