1 C
Baku
Saturday, December 14, 2024

Dünyanın on ən varlı adamlarının sərvəti 34 mlrd. dollar azalıb

Dünyanın on ən varlı adamlarının sərvəti 34 mlrd. dollar azalıb

Çərşənbə günü dünyanın on ən varlı adamlarının ümumi sərvəti birja bazarlarının çökməsi fonunda 33,8 milyard dollar azalıb. Nəticədə, “Facebook”un qurucusu Mark Zuckerberg sərvəti 100 milyard dollardan çox olan insanlar siyahısında çıxıb, investor Warren Buffett isə Hindistanın ən varlı adamı Mukesh Ambani-ni geridə qoyaraq yeddinci yerə keçib.

Çöküş fonunda ən çox “Amazon” şirkətinin təsisçisi Jeff Bezos itirib. Tam siyahını aşağıda görə bilərsiniz:

  1. “Amazon” şirkətinin qurucusu Jeff Bezos: 6,7 milyard dollar itirib, sərvəti – 186,3 milyard dollar;

2. “Louis Vuitton Moët Hennessy”in prezidenti Bernard Arnault və ailəsi: 4,7 milyard dollar itirib, sərvəti – 115,1 milyard dollar;

3. “Microsoft”un təsisçisi Bill Gates: 2 milyard dollar itirib, sərvəti – 112,7 milyard dollar;

4. “Facebook”un qurucusu Mark Zuckerberg: 5,7 milyard dollar itirib, sərvəti – 98,4 milyard dollar;

5. “Tesla”nın təsisçisi Ilon Musk: 3,5 milyard dollar itirib,  sərvəti – 90,3 milyard dollar;

6. “Reliance Industries”in sahibi Mukesh Ambani: 550 milyon dollar azalıb, sərvəti – 77,4 milyard dollar;

7. İnvestor Warren Buffet: 2,2 milyard dollar azalıb, sərvəti – 76 milyard dollar;

8. “Oracle”ın təsisçisi Larry Elison: 1,9 milyard dollar azalıb, sərvəti – 73,9 milyard dollar;

9. “Microsoft”un sabiq rəhbəri Steven Ballmer: 3 milyard dollar azalıb, sərvəti –69,7 milyard dollar;

10. “Google”un həmtəsisçisi Larry Page: 3,5 milyard dollar azalıb, sərvəti –67,7 milyard dollar.

Qeyd edək ki, çərşənbə günü dünyada koronavirusa yoluxma hallarının artması səbəbindən Fransa və Almaniya sərt karantin rejiminə qayıtdıqlarını bildiriblər. Bu, Amerikanın fond bazarlarına təsir göstərib: Dow Jones 3,4%, S&P 500 3,5%, Nasdaq isə 3,7% azalıb. “The Wall Street Journal”ın verdiyi məlumata görə, bu həftə mart ayından bəri ən pis dövr ola bilər.

 

Son xəbərlər
Digər xəbərlər