Dünyanın səyahət etməyə yararsız 9 şəhəri

0

Dünyada bir çoxunun səyahət etmək istədiyi gözəl və maraqlı yerlər vardır. Ancaq elə yerlər də vardır ki, orda olmaq istəməzsiniz, çünki həmin şəhərlərə səyahət etmək həyatınız üçün təhlükəli ola bilər.

ABŞ Ətraf Fondu Blacksmith İnstitutu sizə aşağıdakı siyahını təqdim edir.

1.Çernobl, Ukrayna


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bu gün ki dövrdə bu ərazidə radiasiyanın təsirinə məruz qalmış insanların sayı 5.5 milyon insan təşkil edir. 1986-cı il, 26 apreldə Çernobl AES-də təcrübə zamanı baş verən nüvə partlayışı ətrafa zərərli maddələrin yayılmasına səbəb olmuşdu. Bu partlayışdakı radiasiyanın miqdarı Naqasaki və Xerosimaya atılan bombalar zamanı yaranan radiasiyadan 100 dəfələrlə çox idi.

2. Vapi, Hindistan

Bu şəhərin ərazisində 1000-dən çox sənaye müəssisələri yerləşir. Vapidə suyun tərkibində olan civə normadan 100 dəfələrlə çoxdur. Hava isə ağır metalların təsirindən çirklənmişdir. Vapidə yoluxucu və xroniki xəstəliklərdən əziyyət çəkən insanların sayı bu il 70 mini keçmişdir.

3.Tyanjin, Çin

Tyanzhin qurğuşun istehsalı üzrə Çinin sənaye mərkəzidir. Bu Çinin kimyəvi maddələrlə daha çox çirklənmiş ərazilərindən biridir. Bu şəhərdə hava və torpaqdakı qurğuşun miqdari normadan 10 dəfələrlə çoxdur. Dənli bitkilərin tərkibindəki qurğuşun miqdarı isə lazım olan normadan 24 dəfə çoxluq təşkil edir.

4.Sukinda, Hindistan

Bu şəhərdə dünyanın ən böyük xrom mədənləri yerləşir. Zərərli tullantıların böyük bir hissəsi çayların və göllərin sularına axıdılır. Şəhərdə 2 milyon yarımdan çox insan yaşayır. Demək olar ki, əhalinin 90 faizindən çoxu xərçəng xəstəliyindən əziyyət çəkir.

5. Norilsk, Rusiya

Norilsk Rusiyanın ən çox çirklənmiş ərazilərindən biri hesab olunur. Şəhərdə ağır metalların – mis, qurğuşun, nikel, selen və sinkin emalı üçün dünyanın ən böyük müəssisələri yerləşir. Hazırda şəhərdə tənəffüs yollarının xəstəliklərindən əziyyət çəkən 134 minə yaxın insan yaşayır. 2001-ci ildən bu şəhərə əcnəbi insanların girişi qadağan olunub.

6. Linfen, Çin

Linfen Çinin kömür sənayesi mərkəzidir. Havada kükürd dioksid və digər zərərli hissəciklərin səviyyəsi normadan dəfələrlə yüksəkdir. Şəhərdə sətəlcəm, ağciyər xərçəngi və bronxitdən əziyyət çəkən 200 mindən çox yoluxmuş insan yaşayır.

7. La-Oroya, Peru

Bu qəsəbədə cəmi 35 min insan yaşayır. Lakin əhalinin 95 faizi ağır xəstəliklərə yoluxmuşlar. Bunun səbəbi isə qanda qurğuşunun səviyyəsinin yüksək olmasıdır. Bu ərazidə mis, qurğuşun və sink kimi metalları emal edən Amerika zavodları yerləşir. Və burada tez-tez zərərli məhlulların yağışı müşahidə olunur.

8. Kabve, Zambiya

20-ci əsrin əvvəllərində Kabvedə böyük miqdarda qurğuşun və kadmium ehtiyatları aşkar olunmuşdu. Bu metalların emalı üçün böyük müəssisələr yaradılmışdı. Bu gün isə havanın ağır metallarla çirklənməsi miqdarı normadan 4 dəfə çoxdur. 250 mindən çox yoluxmuş əhali qusma, ishal, böyrək xəstəlikləri və əzələ atrofiyasına səbəb olan kəskin qan zəhərlənməsindən əziyyət çəkir.

9. Cerjinsk, Rusiya

1930-1998-ci illərdə Cerjinskdə 200 min tondan çox kimyəvi tullantılar basdırılmışdı. Bura hətta ən təhlükəli neyrotoksinlər də daxil idi. Əldə olan dəlillərə görə şəhər suyunun çirklənməsi mövcud təhlükəsizlik normalarını 17 milyon həddində keçmişdir. Hazırda şəhərdə 300 minə yaxın əhali məskunlaşıb. Orta yaşam həddi isə bu şəhərdə 45 yaş təşkil edir.