Banker.az saytı xəbər verir ki, Oxfam – yoxsulluqla mübarizə üzrə beynəlxalq təşkilatın araşdırmasına görə, uşaqlara və xəstələrə qulluq, təmizlik və qida hazırlanması işlərində qadınların əməyi kişilər ilə müqayisədə 2-dən 10-a qədər az ödənilir.
Oxfam ekspertləri bu işləri illik olaraq 10 trilyon dollar olaraq hesablayıb ki, bu da dünya üzrə ÜDM həcminin 13%-i deməkdir. Və qeyd edək ki, Hindistan, Yaponiya və Braziliyanın ÜDM həcmlərini birlikdə hesabladıqda belə bu məbləğ daha çox edir. Təşkilat qeyd edir ki, bu həcmdə pulsuz icra edilən əmək qadınlara təhsil almağa və daha yüksək maaşlı işlərə düzəlməyə imkan vermir.
Ümumilikdə, dünyada əməyinin qarşılığı ödənilən kişilərin sayı qadınlardan 700 milyon çoxdur. Bu isə qadınların yoxsulluqdan əziyyət çəkmə risklərini daha da artırır. Bununla yanaşı, qadınlar kişilərdən 23% daha az gəlir əldə edir.
Hesabatda deyilir ki, 67 inkişaf etməkdə olan ölkədə kişilərin təqribən 20%-i qadınların haqqı ödənilən işlərdə işləməsinə etiraz edirlər. Qadın və kişilər arasında əmək haqqı və iqtisadi hüquq bərabərliyinə nail olmaq üçün ən azı 170 il tələb olunacaq.