16 C
Baku
Thursday, March 28, 2024

Dünyanın yaşamaq üçün ən bahalı şəhərləri seçilib

Qiymətləndirmələrə görə, Tel-Əviv Paris (Fransa) və Honkonqu (Çin) geridə qoyaraq, bu il dünyanın yaşamaq üçün ən bahalı şəhəri olub.

Banker.az xəbər verir ki, bu barədə dekabrın 1-də “Jerusalem Post” nəşri Britaniya İqtisadiyyat Qrupunun analitiklərinin dünyanın 173 şəhəri arasında apardığı “2021-ci ildə dünyada yaşayış dəyəri” adlı araşdırmasına istinadən məlumat verib.

Nəşrin vurğuladığı kimi, ötən il Tel-Əviv Paris, Honkonq, Osaka (Yaponiya) və Cenevrədən (İsveçrə) sonra ən bahalı beşinci şəhər olub.

Meqapolisin bu il reytinqdə birinci yerə yüksəlməsi İsrail şekelinin ABŞ dollarına nisbətdə bahalaşması, həmçinin ictimai nəqliyyatda qida və gediş haqqının artması ilə izah olunur.

“JP”yə görə, orta hesabla şəhərdə mal və xidmətlərin qiymətləri yerli valyutada 2020-ci ildəki 1.9% ilə müqayisədə 3.5% artıb.

Son xəbərlər
Digər xəbərlər