Milçəkdən ətrafda güllərin, çiçəklərin olub-olmadığını soruşduqda deyər:
— Heç bir gül görmədim. Bunun əvəzində bax o gölməçədə istənilən qədər çirkab var.
Beləliklə, milçək olduğu gölməçələri, bataqlıqları, çirkabları bir-bir saymağa başlar.
Yox əgər, arıdan ətraf ərazidə hər hansı natəmizlik, çirkab görüb görmədiyini soruşsanız deyər.
— Natəmizlik? Yox, heç harda görmədim. Buralarda o qədər gözəl və ətirli çiçəklər varki!
Onlardan biri hətta ən güllü-çiçəkli ərazidə özünə bataqlıq tapacaq, digəri isə ən iyrənc bataqlıqda belə özünə çiçək taparaq çirə çəkəcək.
İnsanlarda da vəziyyət eynidir. Bizlərdən hər birimiz yalnız axtardığımızı taparıq. Hər şey yalnızva baxış bucağımızdan asılıdır.