Dil öyrənmə xidməti olan “Duolingo”nun səhmləri maliyyə nəticələrini açıqladıqdan sonra NASDAQ birjasında rekord 33% bahalaşıb.
Xidmətin gündəlik aktiv istifadəçilərinin sayı ötən illə müqayisədə 40% artaraq 48 milyon nəfərə çatıb, ödənişli abunəçilərin sayı isə 37% artıb. Bunun sayəsində şirkətin ikinci rüb üzrə gəliri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 41% artaraq 252.3 milyard dollar təşkil edib.
Xalis gəlir 44.8 milyard dollara çatıb ki, bu da “Duolingo” tarixində ən yaxşı rüblük nəticədir. Son aylarda şirkət süni intellektə əsaslanan alətləri öz xidmətinə fəal şəkildə təqdim etməyə başlayıb. Məsələn, ödənişli abunəçilər dil modeli ilə video zənglər formatında nitqlərini məşq edə bilərlər.