6 C
Baku
Sunday, December 15, 2024

Durovun həbsindən sonra “Telegram”la əlaqəli kriptotoken $2.7 mlrd. dəyər itirib

“Telegram Messenger LLP” ilə əlaqəli blokçeyn layihəsinin rəqəmsal aktivləri messencer həmtəsisçisinin saxlanması nəticəsində yaranan qeyri-müəyyənlik ilə əlaqədar təxminən 2.7 milyard dollar dəyər itirib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bildirilir ki, Pavel Durovun Fransada saxlanılmasından sonra Toncoin 20%-dən çox ucuzlaşıb. Kriptovalyuta bazar ertəsi səhər saatlarında 5.69 dollara ticarət olunub. Qeyd edək ki, “The Open Network” (TON) blokçeyninin ortaqlıqlar vasitəsilə 900 milyon aylıq “Telegram” istifadəçisinə çıxış imkanı var.

Milyarder Durov həm də “Telegram”ın baş direktorudur. Onu 20 ilə yaxın həbs edə bilərlər. Durovun məhkəməsinin yaxın günlərdə olacağı gözlənilir. Qeyd olunur ki, Durov Parisə enməyə cəmi bir neçə dəqiqə qalmış barəsində axtarış elan edilib və bundan dərhal sonra həbsinə order verilib.

TON blokçeynində kilidlənmiş aktivlərin dəyəri bu il 1.1 milyard dollara yüksəlib, lakin “DefiLlama”nın məlumatına görə, bu rəqəm indi 661 milyon dollara düşüb, TON-un cari bazar dəyəri təxminən 14.4 milyard dollardır.

Son xəbərlər
Digər xəbərlər