20 C
Baku
Bazar ertəsi, May 23, 2022

“Düşmənçilik edən ölkələrə ərzaq tədarükündə ehtiyatlı davranacağıq” – Putin

Rusiya bu il xaricə, xüsusən ona qarşı düşmənçilik siyasəti aparan ölkələrə ərzaq tədarükü məsələsində daha ehtiyatlı davranacaq”.

Bunu Rusiya Prezidenti Vladimir Putin aqrar-sənaye kompleksinə dəstək üzrə müşavirədə deyib.

“Aydındır ki, bu il qlobal ərzaq qıtlığı fonunda biz xaricə ərzaq tədarükü ilə bağlı daha ehtiyatlı davranmalı, daha dəqiq desək, bizə açıq-aşkar düşmən münasibət bəsləyən ölkələrə bu cür ixracın parametrlərinə diqqətlə nəzarət etməli olacağıq”, – Putin vurğulayıb.

Rusiya lideri bildirib ki, istehsal həcminin artması Rusiyada ərzaq qiymətlərinin dünya bazarından aşağı olmasını təmin etməyə imkan verir.

 

 

 

Son xəbərlər
Oxşar xəbərlər