26 C
Baku
Saturday, July 27, 2024

Düşmənin raketlərini göydə vuran “Barak-8”: xarakteristikası

Barak-8 (“İldırım”) zenit-raket kompleksi (ZRK) İsrailin “Rafael” şirkəti (Rafael Advanced Defense Systems Ltd. ) tərəfindən istehsal edilir. ZRK “Barak-1” xəttinin davamı olaraq hazırlanıb, yer və dəniz platformaları üçün iki versiyası mövcuddur. ZRK-nin yaradılmasını İsrail və Hindistan birgə həyata keçirib və ilk xarici istifadəçisi də məhz Hindistandır.

Zenit-raket kompleksinin istehsalçısı İsrailin “Rafael” şirkəti olsa da, kompleksin nəzarət-müşahidə radarı Azərbaycanla sıx silah alışı üzrə əməkdaşlıq edən, İsrailin əsas dövlət hərbi sənaye müəssisəsi olan “Israel Aerospace Industries (IAI)” holdinqinə daxil olan “Elta Systems” (radarları istehsal edir) tərəfindən istehsal olunur. Bəzi sifarişlərdə kompleksə “Elta Systems” şirkətinin istehsalı olan EL/M-2080 “Gren Pine” radarı daxil edilib. “Gren Pine” radarı barədə ötən günkü yazıda bəhs etmişdik.

“Barak-8” Azərbaycanın satın aldığı “Dəmir Qübbə” (İron Dome) kompleksinin əsas elementidir. Onu da qeyd edək ki, İsrail versiyasında “Dəmir Qübbə” əsasən 122 və 155 mm-lik “yer-yer” tipli raketlərə qarşı tətbiq edildiyi halda, Azərbaycanın əldə etdiyi sistem bunun əksinə – hava hücumundan müdafiə üçün nəzərdə tutulur. Yəni düşmənin “Qrad” və bu tip raketlərinə qarşı deyil, operativ-taktiki raketlərinə və hava vasitələrinə qarşı.

barak 8
Barak-8 ZRK

“Barak-8” ZRK-nin atış mənzili 90 km, “Barak-8ER” konfiqurasiyasınınkı isə 150 kilometrə yaxın, hədəfi məhv etmə yüksəkliyi isə 16 000 metrə yaxındır. Raketin uzunluğu 4.5 metr, diametri 0.225 m, ümumi ağırlığı 275 kq, döyüş başlığı 60 kq təşkil edir. Yüksək manevr qabiliyyətinə malik “Barak 8” iki pilləli raket mühərrikinə sahibdir və şaquli atışla buraxılır. Raket aktiv arayıcı başlıq (RF/infraqırmızı) sayəsində hədəfə yönəlir və sürəti 2 macdır (680 metr/saniyə).

Taktiki-texniki xüsusiyyətləri

  • Ağırlığı: 275 kq
  • Uzunluğu: 4.5 m
  • Diametri: 250 mm
  • İdarəetmə sistemi: Aktiv arayıcı başlıq (RF/infraqırmızı)
  • Döyüş başlığı: Qəlpələnən-fuqaslı
  • Döyüş başlığının çəkisi: 60 kq
  • Sürəti: 680 metr/saniyə
  • Tətbiq məsafəsi: 90 – 150 km
  • Məhv etmə yüksəkliyi: 16 km
  • Raketin mühərriki: 2 pilləli

İstifadə edən ölkələr

  • Azərbaycan
  • İsrail
  • Hindistan
  • Venesuela
  • Sinqapur
  • Çili

“Barak-8” ZRK gəmi əleyhinə raketlərə, supersonik raketlərə, ballistik raketlərə, təyyarə, helikopter, PUA kimi hava təhdidlərinə qarşı nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər