19 C
Baku
Sunday, May 19, 2024

Düşmənin ötən gecə sıradan çıxarılan texnikası – Siyahı

Ötən gecə düşmən bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Banker.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Cəbhənin bəzi istiqamətlərində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilən düşmənin  silah, sursat, ərzaq ehtiyatları tükənmək üzrədir. Avtomobil və digər hərbi texnika üçün ehtiyat hissələri isə çatışmır.

Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvə itirib.

Düşmənin aşağıda sadalanılan texnikası sıradan çıxarılıb:

  •  4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi
  • 10 ədəd müxtəlif tipli topu
  • 3 ədəd sursatla dolu yük maşını
  • 5 ədəd digər avtomobil texnikası

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər