Bu ilin yanvar-aprel aylarında Azərbaycana 14 milyon 167 min ABŞ dolları dəyərində 21 min 292 ton düyü idxal edilib.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə düyü idxalı məbləğ ifadəsində 412 min ABŞ dolları (3%) azalıb, miqdar ifadəsində isə 3 min 962 ton (23%) artıb.
Ötən ilin eyni dövründə 14 milyon 579 min dollar qarşılığında 17 min 330 ton düyü idxal edilmişdi.
Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,42%-ni təşkil edib.