İyul ayı üçün emal edilməmiş düyü fyuçerslərinin qiyməti 0,72% ucuzlaşıb. Bazar ertəsi Nyu-Yorkun “Comex” birjasında keçirilən ticarətin nəticələrinə görə, qiymət hər yüz kiloqram üçün 12,72 dollar təşkil edib.
Ticarət zamanı qiymət 12,25 dollara düşüb ki, bu da 2020-ci ilin noyabrından bəri ən aşağı səviyyədir. Ayın əvvəlindən qiymət 6%-dən çox, ilin əvvəlindən isə təxminən 10% ucuzlaşıb.
Martın sonunda “Financial Times” yazıb ki, düyü qiymətlərinin düşməsi Hindistanın 2022-ci ildən qüvvədə olan bu məhsulun ixracına qoyulan məhdudiyyətləri aradan qaldırması ilə bağlıdır. Qərar fermerlərin gəlirlərini artırmaq üçün kənd təsərrüfatı məhsullarının ixracını artırmaq istəyi ilə əlaqəlidir.