7 C
Baku
Sunday, December 15, 2024

DVX Azərbaycanda çalışmış ispan məşqçinin vergi borcuna görə xaricə çıxışına “stop” qoyulmasını istəyir

Azərbaycanda futbol klublarda məşqçi işləyən, hətta bir müddət baş məşqçini əvəz edən İspaniya vətəndaşı Edurado Karo Baledanın (Caro Balada Eduardo) dövlətə vergi borcu varmış.

Banker.az-ın əldə etdiyi məlumata görə, bu səbəbdən də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Sumqayıt şəhəri üzrə 2 saylı Ərazi Vergilər Baş idarəsi kommersiya məhkəməsinə müraciət edib.

Müraciətə görə, DVX idarəsi Bakı Kommersiya Məhkəməsindən vergi ödəyicisi olan fiziki şəxs Edurado Karo Baledanın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə xüsusi icraatını istəyib.

Eduardo Karo 2019-2020-ci illər ərzində “Sumqayıt” futbol klubunda məşqçi və bir müddət sonra isə baş məşqçi kimi çalışıb.

İspan mütəxəsis bir müddət sonra Ankaranın “Gənclərbirliyi” klubunda məşqçilik etsə də, sonradan yenidən Azərbaycana dönüb və 2021-2022-ci illər ərzində “Neftçi” futbol klubunda çalışıb. Lakin burada da onun fəaliyəti uzun sürməyib, Kiprin “Akritas Chlorakas” klubunda fəaliyyətini davam etdirib.

Banker.az 18 aprel 2023-cü il il 17:00 radələrinə olan vergi borcu olan məlumatlara istinad edərək bildirir ki, ödəyicinin dövlətə 2 414.86 manatlıq borcu olub.

Qeyd edək ki, bundan öncə də Dövlət Vergi Xidmətinin idarələrindən biri əcnəbi futbolçunun ölkədən çıxışına məhdudiyyət qoyulmasını istəmişdi.

eduardo caro

Son xəbərlər
Digər xəbərlər