İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən layihələrin icrasına cəlb olunan əsas podratçıların, subpodratçıların və mal, iş və ya xidmət təqdim edən digər şəxslərin qanunvericiliyin tələblərinə əməl etməsi ilə bağlı xəbərdarlıq edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir.
Bildirilib ki, vergi hüquqpozmalarının, xüsusilə də əmtəəsiz və riskli əməliyyatların preventiv olaraq qarşısının alınması və ya azaldılması məqsədilə Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicilərinin əməliyyatlarının təhlili və araşdırılması həyata keçirilir.
Aparılan təhlil və monitorinqlər zamanı dövlət vəsaiti hesabına maliyələşdirilən layihələrin icrasına cəlb edilmiş vergi ödəyicilərinin fəaliyyətlərində və aparılan əməliyyatlarında bir sıra risklər və aşağıda qeyd olunan qanun pozuntuları müşahidə olunmaqdadır:
Vəsaitlərin icra edilən layihələrlə əlaqəli olmayan təyinatlar üzrə, habelə əmtəəsiz və riskli əməliyyatlar edən, faktiki olaraq 3-cü şəxslər üçün malların idxalını həyata keçirən şəxslərə köçürülərək nağdlaşdırılması;