DVX: muzdlu işləyənlər üzrə tutulmalar üzrə bəyamnamələr avqustun 11-dək təqdim edilməlidir

“Sosial sığorta haqqında” Qanununa edilmiş dəyişikliklərlə bağlı hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ndə müvafiq düzəlişlər aparılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Dövlət xidməti “artıq iyulun 21-dən etibarən hesabatların təqdim edilməsi”nin mümkün olduğunu qeyd edib.

Dövlət Vergi Xidməti bildirib ki, vergi ödəyiciləri cari ilin 11 avqust tarixinədək müvafiq hesabatları vergi orqanlarına təqdim etməlidirlər.

Son xəbərlər
Digər xəbərlər