12 C
Baku
Sunday, October 27, 2024

DVX-nin yeni İnternet Vergi Xidməti test rejimdə işə düşüb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi Xidmətinin yeni portalını test rejimində işə salıb.

Banker.az xəbər verir ki, DVX-nin bu test rejimi new.e-taxes.gov.az  domeni üzərində həyata keçirləcək.

İnternet Vergi İdarəsinin yeni portalında aşağıdakı xidmətlərdən istifadə əlçatandır:

  • Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması
  • Rezidentlik sertifikatı barədə məlumat (DTA1)
  • Büdcə rekvizitləri barədə məlumatın verilməsi
  • Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi
  • Borc barədə məlumatın verilməsi
  • Hazır sənəd barədə məlumatın verilməsi
  • Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi
  • Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi
  • ƏDV ödəyiciləri barədə məlumatların verilməsi
  • Sertifikatın tipinin müəyyən edilməsi
Son xəbərlər
Digər xəbərlər