9 C
Baku
Friday, December 12, 2025

DVX-nin idarə rəisi: Hələ də işçilərə uçotdan kənar əmək haqqları verən şirkətlər var

“Hələ də işçilərə uçotdan kənar əmək haqqları verən şirkətlər var”.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Nigar Vahabzadə deyib.

O bildirib ki, digər problem əmək müqavilələrinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi ilə bağlıdır.

Nigar Vahabzadə həmçinin bir sıra vergi ödəyiciləri tərəfindən əmək haqqı məbləğlərinin müvafiq sektor üzrə orta aylıq əmək haqqı göstəricilərindən aşağı olduğunu açıqlayıb.

MənbəApa.az
Son xəbərlər
Digər xəbərlər