10 C
Baku
Thursday, December 12, 2024

DVX tərəfindən bank sektoruna verilmiş təşviqlərin təsir effekti qiymətləndirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən iqtisadiyyatın sahələri üzrə sahibkarların qarşılaşdıqları çətinliklərin çevik şəkildə öyrənilməsi, belə halların qanunvericilikdə dəyişikliklər edilməsi və inzibatçılığın təkmilləşdirilməsi yolu ilə aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə görüşlərin keçirilməsi istiqamətində fəaliyyət davam etdirilir.

DVX-nin Vergi siyasəti baş idarəsinin təşkilatçılığı ilə onlayn formatda keçirilən növbəti belə görüş bank sektorunun nümayəndələrinin iştirakı ilə baş tutub.

Məlumata görə, Mərkəzi Bankın və Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin qatıldığı tədbirin əsas məqsədi Vergi Məcəlləsində bank sektorunun inkişafının dəstəkləməsi məqsədilə verilmiş təşviqlərin təsir effektinin qiymətləndirilməsi, həmçinin müvafiq təşviqlərin təkmilləşdirilməsi zərurətinin müəyyən edilməsi olub.

Görüşdə vergi qanunvericiliyi ilə bağlı qaldırılan məsələlərin diqqətdə saxlanılacağı qeyd olunub və qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər