10 C
Baku
Friday, December 27, 2024

DYP: Bakıda 5 mln. nəfərə yaxın vətəndaş yaşayır ki, yol infrastrukturunun yüklənməsinə səbəb olur

Ölkədə mövcud olan avtomobil parkının 70%-dən çoxu paytaxtın payına düşür.

Bu barədə xüsusi avtobus zolaqları ilə bağlı keçirilən mətbuat konfransında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Araz Əsgərli bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə mövcud olan avtomobil parkı təqribən 1,7 mln. nəqliyyat vasitəsini əhatə edir.

Araz Əsgərli onu da qeyd edib ki, qeyri-rəsmi məlumata görə, paytaxtda 5 milyon nəfərə yaxın vətəndaş yaşayır ki, bu da sıxlıqlara və yol infrastrukturunun yüklənməsinə səbəb olur.

DYP nümayəndəsi onu da əlavə edib ki, yol qaydaları pozuntusunun çoxu dayanma-durma qaydalarının payına düşür, bunların sırasında avtobus dayanacaqlarının, avtobus zolaqlarının zəbt olunmasını da qeyd etmək lazımdır.

Araz Əsgərli onu da vurğulayıb ki, bu ilin yanvar-noyabr aylarında 40 min nişan tələblərinin pozuntusu faktı qeydə alınıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər