13 C
Baku
Saturday, November 23, 2024

DYP cərimə ödənişiylə bağlı sürücülərə xəbərdarlıq etdi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) cərimə ödənişiylə bağlı yaradılan saxta səhifələrə etibar edilməməsinə dair xəbərdarlıq edib.

İdarədən verilən məlumatda bildirilib ki, sürücülərə cərimələrin ödənməsilə bağlı müxtəlif endirim kampaniyaları qismində elanlar təqdim olunur, sosial şəbəkələrdə yerləşdirilən bu elanlar saxtadır və məqsəd vətəndaşların şəxsi və bank kartları məlumatlarını ələ keçirtməkdir: “Son günlər “cəriməni buradan ödəyərək endirim əldə et” kampaniyası vədi verən “asancerime.com” internet saytıyla bağlı şikayətlərin sayı artıb. Araşdırma zamanı bu saytın ABŞ-də yaradıldığı və ölkəmizlə heç bir əlaqəsinin olmadığı müəyyən edilib”.

Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşları diqqətli olmağa çağırıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər