18 C
Baku
Wednesday, April 24, 2024

DYP Nərimanovdakı yanğınla əlaqədar vətəndaşlara müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar vətəndaşlara müraciət edib.

İdarədən bildirilib ki, yanğınla əlaqədar olaraq Ağa Nemətulla, Təbriz küçələrinin kəsişməsində və Fətəli Xan Xoysi küçəsi istiqamətində hərəkət məhdudlaşdırılıb.

“Vətəndaşlara müraciət edirik ki, qeyd edilən ərazilərə şəxsi minik vasitələri ilə hərəkət etməsinlər. Həmin istiqamətlərdəki yollar yanğının fəsadlarının aradan qaldırılmasına qədər bağlı olacaq”, – DYP-dən bildirilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər