“Xüsusi karantin rejiminin sərtləşdiriləcəyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində hərəkət qaydalarına riayət olunmasına nəzarət DİN tərəfindən həyata keçiriləcək”.
Bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
“Artıq ikinci gündür ki, Bakı, Sumqayıt və Abşeron ərazisində yaşayanların rayonlara getməsi müəyyən olunub və onlardan 5 000-ə yaxını müəyyən edilib ”, o bildirib.