18 C
Baku
Tuesday, May 28, 2024

Dyuarizm –azadlıq və uğur fəlsəfəsi

Məşhur Dewar’s Evinin yaradıcısı Con Dewar həm də dünyaya eyni adlı möhtəşəm viski bəxş etmişdir. Onun iki oğlu var idi. Onun ölümündən sonra 1881-ci ildə onun böyük oğlu Con istehsalın idarə edilməsi üzrə məsuliyyəti öz üzərinə götürür. Balaca oğlu Tom isə içkinin təşviqi məsələləri ilə məşğul olmağa başlayır. 

1892-ci ildə ailə biznesini genişləndirmək istəyən Tommi dünya səyahətinə yola düşür. Onun səyahətinin nəticəsi olaraq kompaniya inkişaf istiqamətinə güclü təkan alır və bu müddət ərzində, o özünün “Dünya ərtafında gəzinti” adlı kitabını yazır. Bu kitabda o, uğurlu insan haqqında öz həyat fəlsəfəsinin təməlini qoymuşdur.

Tomas Robert Dewar heç zaman özünün mütəfəkkir hesab etməmişdi. Lakin bu onun dünyagörüşünün zaman hüdudlarını aşmasına maneə olmadı. Bu heç də təəccüblü deyil. Axı Dyuarizmin əsas ideyası – azadlıqdır, sözün əsl mənasında azad olan inan isə heç zaman vaxt yükü daşıya bilməz. .

Bəs, müasir dyuarist necə insandır? Bu stereotip, mövhumat, cəmiyyət buxovları, ətalət və qorxu ilə zəncirlənməyən kamal sahibidir. Bu, daxili azadlıq və həyatdan zövq almaq qabiliyyətinin vəhdətindən ibarət bir əqidədir. Bu gün bir sıra imkanların bolluğu insanı heç də daha azad etmir. Bir çox uğura nail olmuş bəxtəvərlər isə bu uğurdan necə istifadə etməyi təsəvvür etmir.

Bizi əhatə edən insanlar içərisində dyuaristi olduqca asanlıqla fərqləndirmək olar. Belə insan həmişə məhz öz sevdiyi işləri görməyi xoşlayır və uğur dalğasından asılı olaraq özünün fəaliyyət istiqamətini və növünü kəskin dəyişməkdən qorxmur. Bu, hərəkət insanıdır. O, yaşamaq üçün hərəkət edir, çünki yaşamağı çox sevir. Belə insanları nəinki müzakirə edir, onlardan sitat gətirir və onlara heyran olurlar, həm də onlara nifrət edənlər də çox olur, çünki belələri çoxlarını qıcıqlandırır. Bu haqda Dewar bir zamanlar belə söyləmişdir:

Heç nə demə, heç nə eləmə, bəlkə onda sən tənqiddən uzaq ola bilərsən.

thomas dewar whisky

Özünü Dyuarist hesab edənlər sırasında Kventin Tarantino, Klayv Ouen və Edvard Nortonu qeyd etmək olar. Sonda sizə Tomas Dewarın əsərinin ən sayıb-seçmə aforizmlərini təqdim edirik:

  • Şüur paraşüt kimidir, yalnız açıq olanda işə yarayır.
  • Oturaraq, zaman qumunda iz qoymaq mümkün deyil.
  • Biz yalnız həqiqəti söyləsəydik, yəqin ki, dünyamız daha yaxşı, həm də daha sakit olardı.
  • Bizim dünyamız günahla doludur, bəlkə elə ona görə də heç kəs bu dünyanı tərk etmək istəmir.
  • Necə də yaxşıdır ki, bizim problemlərimizdən çoxu heç vaxt baş vermir.
  • Əgər insan sizdən məsləhət istəyirsə, demək ki, sadəcə onun artıq etmiş olduğu axmaqlıqlara bəraət qazandırmaq lazımdır. .
  • Əlbəttə ki, həyat sadə deyil. Amma bu, elə uğrunda yaşmaq üçün yeganə səbəbdir.
  • Əgər yaxşı insanlar bu dünyadan tez köçürsə, görün onda yer üzündə olan əclafların sayı nə qədərdir.
  • Zənginlik əllərdə deyil, ürəklərdədir.
  • Ediləcək bir işi olmayan insan həmişə tələsir.
  • Əgər biz bu dünyaya digərlərinə kömək etmək üçün gəlmişiksə, onda həmişə belə bir sual yaranır, bəs onda onlar nədən ötrü bura gəliblər?
  • Arzu olmayan yerdə qabiliyyət sadəcə gülləsiz silah kimidir.
  • Təcrübə elə bir şeydir ki- onu tamamı axtarmadığın yerdə tapırsan.
  • Həyat bir tərəfli hərəkət istiqaməti olan keçəyə bənzər, geri qayıtmaq imkanı yoxdur.
  • Sənin ən böyük səhvin səhv etməkdən qorxmaqdır.
  • Dünənki uğur elə dünənki günə məxsusdur.
  • Heç vaxt fəaliyyətinə bələd olmadığın, lakin fəaliyyətdə olan müəssislərə investisiya etmə.
  • Əgər insan desə ki, onun sözü girov qədər möhkəmdir, onda o, insandan girov götür.
  • Əgər zirvəyə tək qalxsan, bəs foto şəklini kim çəkəcək?
  • Bəzən irəli addım atmaq üçün geriyə addımlamaq lazımdır.
  • Əgər sənə hər şeyin məlum olduğunu düşünürsənsə, demək nəyisə gözdən qaçırmısan.
  • Problemdən nə qədər uzaq dayansan, o bir o qədər az olar.
  • Bu gün edə bilmədiyin işi sabaha saxla.
  • Hətta edilmiş səhv də, bir nailiyyətdir.
  • Qabağa get, amma ətrafına da göz gəzdir.
  • Dayanacaq – gəzintinin yarısıdır.
  • Bəzən hərəkətsizlik elə hərəkət deməkdir.
  • Bu həyatdan zövq alın, çünki o biri də artıq yaxınlaşır.

whiskey dewarsjpg

Son xəbərlər
 ⁠
Digər xəbərlər