12 C
Baku
Wednesday, December 11, 2024

E-grocery nədir?

E-grocery — bu, internet vasitəsilə gündəlik tələbat mallarının satışıdır.

Daha sadə desək, e-grocery – ərzaq, içkilər, uşaqlar üçün mallar, məişət kimyası və FMCG kateqoriyasına aid digər əşyaların ticarətidir. Bu bazarın oyunçuları təkcə mal satmır, həm də onları istehlakçıya çatdırır.

E-grocery şirkətləri dörd əsas biznes modeli üzrə fəaliyyət göstərir:

  1. Dark store – bu, müştərilərin ziyarət etmədiyi anbar tipli mağazadır. Bu cür xidmətlər sifarişi 15-30 dəqiqə ərzində çatdırır. Bir qayda olaraq, bu cür çatdırılma sürətini təmin etmək üçün şirkətlər müxtəlif mikrorayonlarda mağazalar tikirlər.
  2. Marketpleys – onlar iki növə bölünür. Birincisi – çatdırılma xidmətləri, ikincisi – mallar hipermarketlərin qrafikinə uyğun çatdırılır. Bu halda çatdırılma daha çox vaxt aparır və mağazadakı sifarişlər marketin işçiləri tərəfindən yığılır.
  3. Click&Collect – alıcı lazımi malları onlayn səbətə əlavə edir, oflayn mağazadan götürmə vaxtını seçir və evə gedərkən sifarişi götürür.
  4. Onlayn-riteylerlər – burada da seçimlər var: şirkətlər həm adi pərakəndə mağazalarından, həm də paylama mərkəzlərindən çatdırılma təşkil edirlər.

Mütəxəssislərin fikrincə, gələcəkdə internet vasitəsilə istehlak mallarının satışı bu kateqoriya üzrə ümumi pərakəndə satışın 6-7%-i (2020-ci ildə – 0.9%) səviyyəsinə çata bilər.

Son xəbərlər
Digər xəbərlər