10 C
Baku
Wednesday, December 11, 2024

“E-hökumət” portalının operatoru ilə “Baku Elektronics” MMC arasında əməkdaşlıq

“Elektron hökumət” portalının operatoru Məlumat Hesablama Mərkəzi ilə “Baku Electronics” MMC arasında əməkdaşlıq qurulub və e-arayışların tətbiqi üçün test mühiti yaradılıb.

Mərkəzdən  verilən məlumata görə, artıq MMC-nin müştəriləri yalnız şəxsiyyət vəsiqəsilə şirkətin mağazalarına yaxınlaşaraq iş yerindən, yaşayış üzrə və digər lazımi arayışları yerindəcə elektron (onlayn) şəkildə formalaşdıraraq, kreditlərini rəsmiləşdirə bilirlər. İlkin mərhələdə elektron arayışların tətbiqi şirkətin “Azadlıq”, “İnşaatçılar”, “Qara Qarayev”, “Əhmədli” və “Sumqayıt” filiallarında aparılır. Hazırda vətəndaşlar istər olduqları yerdən portala daxil olaraq öz fərdi informasiyalarını istənilən quruma yönləndirə, istərsə də portalla əməkdaşlıq edən quruma müraciət edərək elektron mühitdən tələb olunan fərdi informasiyalarını ötürmək imkanına malikdirlər. Bu proses vətəndaşların sənəd toplama problemini həll etməklə yanaşı, izafi prosesləri də sadələşdirir.

AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər