4 C
Baku
Friday, March 29, 2024

“E-Manat” terminalları “ASAN Ödəniş” dövlət informasiya sisteminə qoşuldu

“ASAN Ödəniş” sistemi vətəndaş əlçatanlığının təmin edilməsi istiqamətində daha bir yenilik təqdim edir.

Belə ki, vətəndaşlar və hüquqi şəxslər özlərinin inzibati cərimə ödənişlərini artıq “ASAN Ödəniş” sisteminə uğurla inteqrasiya edilmiş “e-Manat” ödəmə terminalların vasitəsilə də həyata keçirə bilərlər. Bu barədə Banker.az-a ASAN Xidmət-dən məlumat daxil olub.

Yaxın zamanda isə digər növ dövlət ödənişlərini də “ASAN Ödəniş” sisteminə qoşulmuş istənilən ödəniş terminalları və portalları, bank, poçt və digər yığım təşkilatları, həmçinin “e-Manat” ödəniş terminalları vasitəsilə həyata keçirə biləcəklər.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN Ödəniş” sisteminin imkanlarından istifadə etməklə  nağdsız ödənişlərin inkişafına dəstəyin göstərilməsi eləcə də, bütün növ dövlət xidmətləri üzrə ödənişlərin qəbulu imkanlarının yaradılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Qeyd edək ki, hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti və 5 publik hüquqi şəxs olmaqla 114 dövlət qurumunun inzibati cərimələrinin ödənilməsi “ASAN ödəniş” sisteminin asanpay.az ödəmə portalı və terminalları eləcə də, hesab.az, e-pul.az, portmanat.az portalları, “e-Manat” ödəmə terminalları vasitəsi ilə təmin edilir.

Son xəbərlər
Digər xəbərlər